Nursultan Nazarbayevin müşaviri Azərbaycan yığmasından söz saldı
19.08.2011 - 10:40
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin müşaviri Ermuxamet Ertısbayev Azərbaycan yığmasından söz salıb. Apasport.az saytının məlumatına görə, dövlət rəsmisi komandalarının Avro-2012-in seçmə mərhələsində millimizlə Astanadakı rəsmi oyundakı qazanılan qələbəni təsadüfi saymır (2:1).
Ertısbayev Qazaxıstan Futbol Federasiyasının gördüyü işləri, sponsorların inkişaf üçün qoyduqları sərmayəni təqdirəlayiq sayır: “Bizim futbolçular borcları qaytarmağı qərara aldılar. Azarkeşlərimizin ümidləri həddən artıq çox çəkdi. Bunu necə qeyd etməyəsən ki, Qazaxıstan MDB məkanında bazar iqtisadiyyatı islahatlarında liderdir. Deməli, bunu futbolda da göstərmək lazımdır. Deyirlər ki, yığmamızın əla bazası var. Təəssüf ki, hələ orada olmamışam. Futbolçular üçün yaxşı şərait yaradılıb. Oynayın və udun! Bildiyimə görə, Qazaxıstan yığmasının inkişaf məsələsində yeni menecment yaradılıb. Bunun nəticəsi Azərbaycan yığması üzərində son qələbədir. Axı əvvəl belə şey olmayıb ki, yığmalar bir mövsümdə uğurlu start götürsün?”

0
0