Joan Laporta: Joze Mourinyo ikiüzlüdür, o, üzr istəməlidir
19.08.2011 - 12:59
Madrid “Real”ının baş məşqçisi Joze Mourinyo İspaniya Superkubokunda əzəli rəqibi “Barselona”ya uduzduğu oyundan (2:3) sonra kəskin tənqid olunur. Apasport.az saytının məlumatına görə, bu dəfə portuqaliyalı mütəxəssisi Kataloniya təmsilçisinin sabiq prezidenti Joan Laporta hədəf seçib.
Mourinyonun “Nou Kamp”dakı görüşün sonunda düşən qalmaqalda “Barsa”nın məşqçisi Titi Vilanovanın gözünə zərbə vurması Laportanı da özündən çıxarıb. O, dünyanın ən güclü məşqçisini ikiüzlü adlandırıb: “Bu, onun naturasıdır. Mourinyonun özü ilə futbolu arasında ümumi cəhətlər çoxdur. Ancaq Madriddə hamı ondan narazıdır. Fikrimcə, Mourinyo yetərincə adi şəxsiyyət, ikiüzlü insandır”.
Sabiq prezident “Real”ın çalışdırıcısından üzr istəməyi tələb edib: “Hesab edirəm ki, Mourinyo üzr istəməlidir. Mən bu qalmaqalı böyütmək istəməzdim. Mourinyodan üzrxahlığı gözləyib, bu epizodu həmişəlik unutmaq istərdim”.

- Sabiq "Yunayted"li "Portu"da: 36 yaşlı müdafiəçi ilə 1 illik müqavilə
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya
- Tuxel Bellingemin İngiltərə millisində kapitan olmasına “Yaşıl işıq” yandırdı
0
0