“Xəzər Lənkəran” Mario Rosasın transferini rəsmiləşdirdi
19.08.2011 - 14:04
“Xəzər Lənkəran” daha bir legionerin transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisi 31 yaşlı ispaniyalı yarımmüdafiəçi Mario Rosasın keçidini rəsmiləşdirib. Onunla 1+1 il şərti ilə müqavilə bağlanıb.
1997-2000-ci illərdə “Barselona”nın ikinci komandasında forma geyinən Rosas 103 oyunda 31 qol vurub. O, əsas komandanın da şərəfini qoruyub ki, cəmi 1 qarşılaşmada meydana çıxıb.
Rosas sonradan “Alaves” (2000-2002), “Salamanka” (2001-2002, 2010-11), “Numansiya” (2002-2003), “Qadis” (2003-2004), “Kastelyon” (2005-2009), “Mursiya” (2009-2010) klublarında çıxış edib.
Müxtəlif illərdə İspaniyanın 16, 17 və 18 yaşlılardan ibarət yığmasında ümumilikdə 29 oyun keçirmiş Rosas 6 qolun müəllifidir.

- Sabiq "Yunayted"li "Portu"da: 36 yaşlı müdafiəçi ilə 1 illik müqavilə
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya
- Tuxel Bellingemin İngiltərə millisində kapitan olmasına “Yaşıl işıq” yandırdı
0
0