Əliyev seminar keçdi, Kvaratsxeliya izlədi
19.08.2011 - 14:13
Avqustun 12-dən 18-dək Oğuz rayonunda Açıq Əyləncəli Futbol Məktəblərinin məşqçiləri üçün seminar keçirilib. Apasport.az saytının məlumatına görə, AFFA-nın I vitse-prezidenti, Açıq Əyləncəli Futbol Məktəblərinin Azərbaycan üzrə rəhbəri, Milli Məclisin deputatı Rauf Əliyevin rəhbərliyi ilə keçirilən seminarda Oğuz, Sumqayıt, Göygöl, Naftalan, Göyçay, Cəlilabad, Astara, Yevlax, Ağdaş, Laçın, Zərdab, Bərdə, Quba və Ağdam rayonlarını təmsil edən 144 məşqçi və 10 nəfər təlimatçı iştirak ediblər.
Seminarın işini Açıq Əyləncəli Futbol Məktəblərinin Gürcüstan üzrə nümayəndəsi Malxaz Kvaratsxeliya da izləyib. Məşğələlərə qatılan məşqçilər tərəfindən 29 avqust – 2 sentyabr və 5 – 9 sentyabr tarixlərində təmsil etdikləri bölgələrdə Açıq Əyləncəli Futbol Məktəblərinin tədbirləri təşkil olunacaq. Həmin tədbirlərdə 7–12 yaşlı 2300-dən artıq uşağın iştirakı nəzərdə tutulub.
Mənbə: affa.az

0
0