Yığmamız üçün daha bir türkiyəli - FOTO
19.08.2011 - 15:28
Kişi basketbolçular arasında Avropa çempionatının B divizionunda mübarizə aparan Azərbaycan yığmasının yeddinci matçını idarə edəcək hakimlər briqadası müəyyənləşib. Apasport.az saytının məlumatına görə, komandamızın avqustun 21-də Rumıniya ilə baş tutacaq görüşünə türkiyəli Murat Biriçik təyinat alıb.
“Sərhədçi” Olimpiya Mərkəzində keçiriləcək oyunda ona Serqey Mixaylov (Rusiya) və Nokolaos Somos (Yunanıstan) köməklik edəcəklər. Qarşılaşmada komissar funksiyasını israilli Menaşe Harman yerinə yetirəcək.
Qeyd edək ki, avqustun 12-də Azərbaycan – Albaniya matçında da baş hakim türkiyəli Engin Kennerman olmuşdu. Onun idarə etdiyi matçda isə komandamız 99:86 hesabı ilə qələbə qazanmışdı.

- Sabiq "Yunayted"li "Portu"da: 36 yaşlı müdafiəçi ilə 1 illik müqavilə
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya
- Tuxel Bellingemin İngiltərə millisində kapitan olmasına “Yaşıl işıq” yandırdı
0
0