“Sumqayıt Şəhər”in rəsmi saytı istifadəyə verildi
19.08.2011 - 17:15
“Sumqayıt Şəhər”in rəsmi saytı istifadəyə verildi
Azərbaycan Premyer Liqasının debütantı olan "Sumqayıt Şəhər" klubunun rəsmi internet səhifəsi istifadəyə verilib. Apasport.az saytının məlumatına görə, sayt 3 dildə - Azərbaycan, rus və ingilis dilində fəaliyyət göstərir. Orada klub haqqında ətraflı məlumat yer alıb. Sayta daxil olmaq üçün sumqayitpfc.az ünvanından istifadə etmək lazımdır.