Vaqif Cavadovun ən aşağı qiyməti
22.08.2011 - 09:12
Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovun Rusiya Premyer Liqasında 3-cü oyunu aşağı qiymətləndirilib. Apasport.az saytının məlumatına görə, Rusiyanın nüfuzlu “Sport-Ekspress” qəzeti 22 yaşlı hücumçumuzun “Volqa”nın heyətində “Kubanla səfərdə darmadağın olduğu (0:5) oyunda 61 dəqiqəlik çıxışına 4,5 bal verib.
Vaqif bundan əvvəlki 2 oyunda da sonradan meydana çıxsa da, az oynayaraq, bundan yüksək qiymət (5,5) almışdı. Ancaq indi hələ ilk hissədə - 29-cu dəqiqədə oyuna girən Cavadov daha aşağı bal alıb. Düzdür, “Volqa”da ən aşağı qiymət alanlar 4 bala layiq görülüb.
Hər halda, Vaqifin aşağı qiymət almağında Nijni-Novqorod təmsilçisinin uğursuz nəticəsi əsas təsir edib. Bundan əlavə, millimizin üzvü 77-ci dəqiqədə kobud oyuna görə sarı vərəqə alıb ki, bu da onun “Volqa”da artıq 2-ci xəbərdarlığıdır. İlk dəfə debütündə - “Rostov”a evdə 0:1 hesabı ilə uduzduqları oyunda sarı vərəqə alan Vaqif hələ ki yeni komandasında qələbəyə sevinməyib.

- Ronaldo özünü “xəyanətə uğramış” hiss edir – Jezuş yalan danışıb
- Sabiq "Yunayted"li "Portu"da: 36 yaşlı müdafiəçi ilə 1 illik müqavilə
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya
0
0