Əsgər Abdullayevin köhnə tanışının uğurlu qayıdışı - FOTO
22.08.2011 - 17:43
Belaruslu futbolçu Dmitri Parxaçovun Azərbaycan Premyer Liqasına dönüşü uğurlu alınıb. Apasport.az saytının məlumatına görə, 3 il öncə “Olimpik”in heyətində milli çempionatımızın gümüş mükafatçısı olan legioner qayıdışını qolla qeyd etdi. “Kəpəz”ə keçən 26 yaşlı sol cinah yarımmüdafiəçisi III turda “Qarabağ”la ev oyununun 49-cu dəqiqəsində fərqləndi. Düzdür, bu qol gəncəliləri məğlubiyyətdən xilas etmədi və komanda cari mövsümdə evdə ilk dəfə uduzdu – 1:2. İstənilən halda, Parxaçov ona olan ümidləri debütdə doğrultdu.
Dmitri 2007/08 mövsümündə “Olimpik”də çıxışı ilə tanınıb. Onun əsas heyət oyunçusu olduğu Bakı təmsilçisi uzun müddət turnir cədvəlinə başçılıq etdi, çempionluğun bir addımlığında oldu. “Təyyarəçilər”ə çempionluq olmaq üçün son turda “Qarabağ”la ev oyununda 1 xal da yetərli idi. Ancaq “Şəfa” stadionunda məğlubiyyət (0:1) hər şeyi korladı. Nəticədə “Olimpik”in ən yaxın izləyicisi olan “İnter” “Qəbələ”yə qalib gələrək (4:0), tarixində ilk çempionluğunu bayram etdi. Parxaçov isə gümüş medal qazanaraq, ölkəmizdə çıxışını bitirdi və bundan sonrakı 3 ildə Qazaxıstan klublarında oynayıb.
Göründüyü kimi, Dmitrinin ölkəmizdə davam etdirdiyi karyerasında növbəti görüşü də “Qarabağ”la ev oyunu oldu və futbolçu yenə minimal hesablı məğlubiyyətə üzüldü. Maraqlıdır ki, onun ölkəmizə dönüşü digər Qərb təmsilçisi – “Turan”ın dəvəti ilə oldu. Hazırda Tovuz təmsilçisini Əsgər Abdullayev çalışdırdığından, Parxaçovun dəvət edilməsi gözlənilən idi. Axı belaruslu “Olimpik”də 1 illik karyerasında məhz Abdullayevin rəhbərliyi altında oynayıb. Ancaq Dmitrinin yenidən köhnə çalışdırıcısı ilə, ancaq bu dəfə başqa komandada birgə çalışmağı alınmadı və sol cinah yarımmüdafiəçisi axtaran “Kəpəz” onu transfer etdi.
Mehman SÜLEYMANOV

0
0