Emin Mahmudov Azərbaycan millisinə dəvət edildi
23.08.2011 - 08:29
Emin Mahmudov Azərbaycan millisinə dəvət edildi
AFFA-nın baş katibi Elxan Məmmədov Rusiyaya yollanıb. Apasport.az saytının məlumatına görə, Məmmədovun Moskvaya səfəri 1 günlük xarakter daşıyır. Baş katib səfər çərçivəsində Moskva “Spartak”ının yarımmüdafiəçisi Emin Mahmudovla görüşüb.

Xeyli müddətdir bu ölkədə oynayan Mahmudov həmyerlimizdir, vaxtilə 17 yaşlılardan ibarət yığmamızda oynayıb. Azərbaycanda anadan olaraq, sonradan ailəsi ilə birgə Rusiyaya köçən Emin ən perspektivli futbolçulardan sayılır.

Rusların da maraq dairəsində olan, öz yığmalarına cəlb etdiyi 19 yaşlı futbolçumuzun milli komandamızın cəlb olunması əsas müzakirə obyektinə çevrilib.