“Xəzər Lənkəran”dan görünməmiş rekord!
23.08.2011 - 08:44
2011/12 mövsümünün startı “Xəzər Lənkəran” üçün uğurlu alınıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, ilk 3 turda 3 qələbə qazanan “ağ-yaşıllar” tarixində 2-ci dəfə ilk 3 turu 9 xalla tamamlayıb.
İlk belə hal 2007/08-də qeydə alınmışdı. Düzdür, komanda 2006/07 mövsümündə də 3 oyundan sonra 9 xala malik olub. Lakin həmin vaxt “Xəzər Lənkəran” ilk turu buraxmış və 3-cü oyununu 4-cü turda keçirmişdi.
4 il əvvəl isə elə indi olduğu kimi ilk 3 turda 9 xal və top fərqində +6 əldə olunmuşdu. Həmin vaxt müdafiənin etibarlılığı diqqət çəkirdisə, bu dəfə hücum xətti rekorda imza atıb. Lənkəran təmsilçisi heç vaxt startdakı 3 matçda bu qədər – 8 qol vurmamışdı.
“Xəzər Lənkəran” Premyer Liqanın ilk 3 oyununda

2004/05 | 3 | 1 | 1 | 1 | 3-4 | 4 |
|---|---|---|---|---|---|---|
2005/06 | 3 | 1 | 0 | 2 | 2-2 | 3 |
2006/07 | 3 | 3 | 0 | 0 | 4-1 | 9 |
2007/08 | 3 | 3 | 0 | 0 | 6-0 | 9 |
2008/09 | 3 | 2 | 0 | 1 | 5-3 | 6 |
2009/10 | 3 | 1 | 2 | 0 | 3-2 | 5 |
2010/11 | 3 | 2 | 1 | 0 | 3-0 | 7 |
2011/12 | 3 | 3 | 0 | 0 | 8-2 | 9 |
0
0