Futbolçunun atası oğruların əlindən alındı
23.08.2011 - 08:56
Futbolçunun atası oğruların əlindən alındı
“Çelsi”nin və Nigeriya milli komandasının futbolçusu Con Obi Mikelin atası azad olunub. Apasport.az saytının məlumatına görə, bir müddətdir itkin düşən Maykl Obi Nigeriyada sağ-salamat tapılıb. Dövlət federal polisinin məlumatına görə, futbolçunun atasını naməlum şəxslər oğurlayıb. Yerli hüquq-mühafizə orqanları cinayətkarlar girovu Plato Seytdən Kanoya maşınla apararkən, onları izləyə bilib. Nigeriya polis zabitləri oğruları tutaraq, Mayklı azad ediblər. Onun rəhbərlik etdiyi şirkət də bu faktı təsdiq ediblər. Şirkət bəyanatında bildirib ki, Con Obi Mikel bütün Nigeriyaya, öz ailəsinə, dostlarına, “Çelsi”nin azarkeşlərinə və komandaya mənəvi dəstəyə görə minnətdarlıq edir.