“Bakı”nın futbolçuları Finlandiyaya dəvət olundu
23.08.2011 - 09:07
“Bakı”nın futbolçuları Finlandiyaya dəvət olundu
Moldova milli komandasının Avro-2012-in seçmə mərhələsində Finlandiya və Macarıstan yığmaları ilə rəsmi oyunlara heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, rumıniyalı baş məşqçi Qabi Balint 27 nəfərlik geniş siyahıya ölkəmizdən 2 futbolçunun adını daxil edib. Bunlar “Bakı”nın müdafiəçiləri Aleksey Savinovla Vadim Boretsdir. Bununla da Balint bir müddətlik fasilədən sonra təcrübəli futbolçulara yenidən dəvət göndərib. Rəsmi oyunlara 22 nəfərlik heyət bir qədər sonra müəyyənləşəcək.

Qeyd edək ki, Moldova yığması sentyabrın 2-də Helsinkidə Finlandiyanın qonağı olacaq, 4 gün sonra Kişinyovda Macarıstanı qəbul edəcək.