“İrtış”ın futbolçuları Azərbaycana gələcəklər
23.08.2011 - 09:34
Qazaxıstanın “İrtış” klubunun futbolçuları Azərbaycana gələcəklər. Apasport.az saytının məlumatına görə, Pavlodar təmsilçisinin qapıçısı Anton Sirinlə hücumçu Qleb Malsev yığmalarının Avro-2012-in seçmə mərhələsində Türkiyə və Azərbaycan milli komandaları ilə səfər oyunlarına çağırılıb. Bununla da onlar ilk dəfə yığmamızla görüşəcəklər. Sirinlə Malsev iyunun 2-də millimizlə Astanadakı rəsmi görüşə dəvət olunmayıblar. Ümumiyyətlə, həmin matça “İrtış”ın heç bir futbolçusu çağırılmamışdı.
Qeyd edək ki, Azərbaycan – Qazaxıstan oyunu sentyabrın 6-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Qeyd edək ki, Azərbaycan – Qazaxıstan oyunu sentyabrın 6-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı
- “Real” Haaland transferində “Barselona”nı qabaqlayır
0
0