Həmvətənimiz Asiyada ən populyar futbolçulardandır - FOTO
23.08.2011 - 09:47
Həmvətənimiz Asiyada ən populyar futbolçulardandır - FOTO
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) Asiyada ən populyar futbolçuların adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahıda ilk 2 yeri iranlı futbolçular tutur. Bunlar Fərhad Məcidi ilə Kərim Bağiridir. İlk üçlüyü küveytli Bader Əhməd Əl-Mutavadır.

Qeyd edək ki, bu ilin sonunda karyerasını bitirəcəyini açıqlayan Kərim İranda ən yaxşı futbolçulardan sayılır. 37 yaşlı yarımmüdafiəçi əslən Cənubu Azərbaycandandır. Təbrizdə anadan olan Bağiri 2002-ci ildən İranın “Persepolis” klubunda oynayır. Yığma karyerasını ötən il bitirən həmvətənimiz 17 ildə 87 oyunda 50 qol vurub.