“Neftçi” ilə başladı, qrupa çıxdı
24.08.2011 - 01:24
Çempionlar Liqasında (ÇL) sonuncu təsnifat mərhələsinin cavab görüşləri start götürüb. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə qrup mərhələsinə vəsiqə qazanan 5 xoşbəxtin adı məlum olub.
Bunlardan biri turnirin cari mövsümündə mübarizəyə “Neftçi” ilə oyunda qələbə ilə başlayaraq, onu kənarlaşdıran Zaqreb “Dinamo”su olub. Düzdür, Xorvatiya çempionunun evdə 4:1 hesablı qələbədən sonra İsveçdə böyük hesabla uduzaraq, mübarizədən kənarda qalmağı real görünməsə də, bu, gerçəkləşməyə yaxın olub. Ancaq “Malmö” bunun üçün lazım olan 1 qolu vura bilməyib. Gözlənildiyi kimi, “Bavariya” səfərdə də “Sürix”ə qalib gələrək, yenə qrup mərhələsinin iştirakçısı olacaq.
IV mərhələnin qalan 3 cütündə isə minimal fərq olduğundan, gərgin mübarizə olub. “Vilyarreal” gözlənilmədən səfərdə uduzduğu “Odense”yə evdə böyük hesabla qalib gəlsə də, fasiləyə kimi qol vura bilməyib.İspanların lideri Cüzeppe Rossi 2-ci hissənin əvvəlində etdiyi dubl oyunun taleyini həll edib.
APOEL də qələbəni evdə qazanaraq, “Qarabağ”ın ötən mövsüm Avroliqada hər 2 oyunda qalib gəldiyi Krakov “Visla”sını ÇL-in qrup mərhələsindən kənarda qoyub.
Ən gərgin mübarizə isə Belçikada olub. “Genk” İsraildəki məğlubiyyətin əvəzini evdə eyni hesablı qələbə ilə çıxıb. Əlavə vaxtda da qalib müəyyənləşmədiyindən, oyun sonrası penaltilər təyin edilib. Bunu daha dəqiq yerinə yetirən belçikalılar cütün qalibi olub.
23 avqust
“Genk” (Belçika) – “Makkabi” (Hayfa, İsrail) - 2:1 (penaltilərlə - 4:1)
Vossen, 35, Buffel, 41 - Qolasa, 37
İlk oyun – 1:2
“Malmö” (İsveç) – “Dinamo” (Zaqreb, Xorvatiya) - 2:0
Vilton,69, Yansson, 86
İlk oyun – 1:4
“Vilyarreal” (İspaniya) – “Odense” (Danimarka) - 3:0
Rossi, 50, 66, Marçena, 82
İlk oyun – 0:1
“Sürix” (İsveçrə) – “Bavariya” (Almaniya) - 0:1
Qomes, 7
İlk oyun – 0:2
APOEL (Kipr) – “Visla” (Krakov, Polşa) - 3:1
Manduka, 29, Aylton, 54, 87 - Vilk, 71
İlk oyun – 0:1
Qeyd edək ki, bütün oyunlar Bakı vaxtilə saat 23:45-də başlayıb

0
0