Elşən Poladov: Ola bilsin ki, qışa qədər vaxtımı boşa verim
23.08.2011 - 10:32
“Kəpəz”in qapıçısı Elşən Poladov əməliyyat olunub. Bu haqda apasport.az saytına məlumat verən 32 yaşlı futbolçu sol çiynindən əməliyyat keçirdiyini bildirib.
Artıq evə buraxılan Poladov uzun müddət futbol oynaya bilməyəcəyini bildirib: "İlkin məlumata görə, 6 həftədən sonra yüngül məşqlərə başlaya bilərəm. Ola bilsin ki, qışa qədər olan vaxtı boşa verim".
Elşən onun yoxluğunda "Kəpəz"in qapıçı problemi ilə üzləşməyəcəyini söyləyib: "Fikrimcə, "Kəpəz"də yaxşı qapıçılar var. Komanda qarşıdakı turlarda qapıçı problemi ilə üzləşməyəcək".
Qeyd edək ki, Poladov ötən mövsüm bitən kimi AZAL-dan Gəncə klubuna keçdi.

- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı
- “Real” Haaland transferində “Barselona”nı qabaqlayır
0
0