Palanqada ilk qələbə - YENİLƏNİB
23.08.2011 - 17:59
Azərbaycanın 17 yaşlılardan ibarət milli komandası Litvanın Palanqa şəhərində təşkil olunmuş ənənəvi turnirdə mübarizəyə başlayıb. Apasport.az saytının məlumatına görə, Təbriz Həsənovun baş məşqçisi olduğu yığmamız bu gün ilk oyununu keçirib.
Belaruslu həmyaşıdları ilə qarşılaşan futbolçularımız 3:1 hesabı ilə qələbə qazanıblar. Hesabı Coşqun Diniyev açıb. Belarus yığması penalti zərbəsindən yararlanmaqla hesabda tarazlıq yarada bilib. Bununla belə, Namiq Ələsgərovun dublu oyunun yekun nəticəsini müəyyənləşdirib.
Qeyd edək ki, yığmamız turnirin qrup mərhələsində növbəti oyunlarını sabah Gürcüstan və avqustun 26-da isə Latviyaya qarşı keçirəcək.
AZƏRBAYCAN – BELARUS – 3:1

- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu
0
0