Qazaxıstan yığması liderini Bakıya gətirməyəcək
23.08.2011 - 17:01
Qazaxıstan millisinin lideri Samat Smakov yığmamızla sentyabrın 6-da rəsmi oyunda iştirak etməyəcək. Apasport.az saytının məlumatına görə, rəqibimizin çexiyalı baş məşqçisi Miroslav Beranek “Aktobe”nin təcrübəli müdafiəçisini Avro-2012-in seçmə mərhələsində Türkiyə və yığmamızla səfər görüşlərinə çağırmayıb.
Smakov indiyədək həm yığma, həm də klub səviyyəsində bizə qarşı bir neçə dəfə oynayıb. Bu, “Aktobe”nin heyətində Rusiyada keçirilən “Birlik kuboku” turnirində olub.
Beranek millimizlə oyuna 23 futbolçu çağırsa da, dəyişiklər yetərincədir. Özü də bunlar Qazaxıstan futbolunun ən güclü klublarından sayılan, son illərdə çempionluqlarını sıralayan “Aktobe”nin futbolçuları ilə bağlıdır.
Belə ki, bu komandanın qapıçısı, millimizlə “Astana Arena”dakı görüşdə ehtiyatda yer alan Andrey Sidelnikovla hücumçu Sergey Lisenkov bu dəfə dəvət almayıb. Qazaxların xaricdə oynayan futbolçularından Almaniyanın “Volfsburq” klubunun müdafiəçisi Sergey Kərimov də çağırılmayıb. Hər halda, rəqibimizin heyətində bu ölkədə oynayan futbolçusu olacaq. Bu, millimizlə oyunda “Oberhauzen”, indi isə Almaniyanın digər aşağı divizion təmsilçisi – “Qroyter” Fyurt”da çıxış edən yarımmüdafiəçi Henrix Şmitqaldır.
Digər yarımmüdafiəçi Kazbek Geteriyev 3 ay öncə Rusiyada “Jemçujina”da oynayırdısa, indi klubsuz olsa da, dəvət alıb. “Ordabası”nın hücumçusu Daurenbek Tajimbetov isə millimizlə səfər oyunundan kənarda qalacaq. Yeni dəvət edilənlərdən “İrtış”ın qapıçısı Anton Sirinlə “Şaxtyor”un hücumçusu Sergey Xijniçenkonu qeyd edə bilərik.
Qeyd edək ki, millimizlə oyun vaxt “Lokomotiv” adlanan komanda indi “Astana”ya çevrilib.

0
0