Avropa birinciliyinə medalla başladıq
23.08.2011 - 18:00
Polşanın Çexanov şəhərində ağır atletika üzrə yeniyetmələr arasında keçirilən Avropa birinciliyinin ilk günü Azərbaycan milli komandası üçün uğurlu alınıb. Apasport.az saytının məlumatına görə, 50 kq çəki dərəcəsində podiuma çıxan Allahyar Abışov yığmamızın medal hesabını açıb.
Birdənqaldırma yarışlarında 81 kq çəkini ram edən atletimiz kiçik bürünc medala sahib olub. O, təkanlaqaldırma yarışlarında da 101 kq çəkinin öhdəsindən gəlib və 2 hərəkətin cəminə görə fəxri kürsünün 3-cü pilləsinə yüksəlib (182 kq). İlk pilləni ondan 7 kq çox qaldıran italiyalı Mirko Skarantino tutub (83 kq + 106 kq).
Gümüş medalın sahibi Vyaçeslav Yarkin (Rusiya) həmyerlimizlə eyni – 182 kq (80 kq + 102 kq) çəkinin öhdəsindən gəlib. Lakin onun öz çəkisinin Abışovdan 780 qr az olması köməyinə çatıb.
Bu çəkidə digər təmsilçimiz Mansur Ağaverdiyev 9-cu olub (71 kq + 88 kq).
Bir qədər sonra 56 kq çəki dərəcəsindəki təmsilçimiz Paşa İbrahimli mübarizəyə qoşulacaq.
Qeyd edək ki, yığmamız yarışa 8 idmançı ilə yollanıb.

0
0