Sevincin qolu bu dəfə bizi sevindirmədi
24.08.2011 - 08:53
Azərbaycanın 17 yaşlı qızlardan ibarət yığma komandası (U-17) Macarıstanda təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində növbəti yoldaşlıq görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, Macarıstanın U-17-si ilə oynayan komandamız 1:2 hesabı ilə məğlub olub. Yığmamızın qolunu Sevinc Qurbanova vurub. O, Slovakiyanın U-17-i ilə yoxlama oyunda (1:0) qələbə topunun müəllifi olsa da, bu dəfə vurduğu qol yetərli olmayıb.
Qeyd edək ki, yığmamız bu hazırlıq prosesi çərçivəsində keçirdiyi yoldaşlıq oyunlarının birində MTK (Budapeşt) klubunu 7:3 hesabı ilə məğlub edib.
Mənbə: affa.az
Qeyd edək ki, yığmamız bu hazırlıq prosesi çərçivəsində keçirdiyi yoldaşlıq oyunlarının birində MTK (Budapeşt) klubunu 7:3 hesabı ilə məğlub edib.
Mənbə: affa.az
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu
0
0