Dmitri Bulıkin: “İnter”ə keçəcəyim yüz faiz uydurmadır
24.08.2011 - 09:44
Dmitri Bulıkin: “İnter”ə keçəcəyim yüz faiz uydurmadır
Rusiya milli komandasının sabiq futbolçusu Dmitri Bulıkin karyerasını Azərbaycanda davam etdirəcəyi ilə bağlı deyilənlərə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, Belçikanın “Anderlext” klubunun 30 yaşlı hücumçusunun Bakı “İnter”inə keçəcəyi bağlı xəbərlər bir müddət gündəmdən düşmədi. Ancaq komandamız bunun həqiqətəuyğun olmadığını açıqlamışdı.

Elə Bulıkin də müsahibəsində bunu təsdiqləyib və hər şeyin şayiədən başqa bir şey olmadığını bildirib: “İnter”ə keçəcəyim yalan xəbərdir. Deyilənlər yüz faiz uydurmadır. Klubun nümayəndələri nə mənim, nə də menecerim Andrey Qolovaşla danışıblar. Harada oynayacağıma hələ aydınlıq gəlməyib. Nə olacağını gözləyirəm. Qolovaş hesab edir ki, hər şey bu ayın sonunda, “transfer pəncərəsi”nin bağlanması ərəfəsində həll olunacaq”.

Qeyd edək ki, “Anderlext” ötən mövsüm icarəyə verdiyi Bulıkini Çempionlar Liqasına sifariş etməyib və ucaboylu hücumçu özünə yeni komanda axtarır.