Millimizin üzvü yenidən doğma klubunda
24.08.2011 - 12:03
Bakının “Lokomotiv” klubu daha bir voleybolçunun transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, ötən ilki heyətdən Yelena Parxomenko, Mariya Filipova, Aleksandra Samoylova, Nansi Metkalf, Kremena Kamenova və Vera Klimoviçi heyətdə saxlamağı bacaran “dəmiryolçular” Oksana Məmmədyarova ilə də yeni müqavilə bağlayıb.
Azərbaycan yığmasının voleybolçusu ilə 1 mövsümlük razılıq əldə olunub. Hazırda milli komandanın düşərgəsində olan Oksana Avropa çempionatının final mərhələsindən sonra komandaya qoşulacaq.
Qeyd edək ki, paytaxt klubu hələlik 2 yeni transfer həyata keçirib. Bunlar belaruslu Olqa Palçevskaya və bolqarıstanlı Diana Nenovadır.

- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
0
0