Türkiyəyə qarşı oyun üçün heyət dəqiqləşdi
24.08.2011 - 12:29
Türkiyəyə qarşı oyun üçün heyət dəqiqləşdi
Avro-2012-nin seçmə mərhələsində milli komandamızla eyni qrupda mübarizə aparan Avstriya yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Didi Konstantini sentyabrın 2-də Almaniya, 4 gün sonra isə Türkiyə ilə baş tutacaq matçlarda şans verəcəyi futbolçuları müəyyənləşdirib.

Çalışdırıcı 28 futbolçuya dəvət göndərib. Onlardan 6-sı isə ehtiyat oyunçu kimi çağırılıb.

Qapıçılar: Kristian Gratzei, Paskal Qrünvald, Helge Payer

Müdafiəçilər: Ekrem Dağ, Kristofer Dibon, Aleksandar Draqoviç, Kristian Fuxs, Florian Klein, Manuel Ortleçner, Emanuel Pogatetz, Paul Şarner, Tomas Şrammel

Yarımmüdafiəçilər: David Alaba, Yulian Baumqartlinger, Yakob Jantşer, Zlatko Yunuzoviç, Stefan Kulovits, Daniel Royer, Manuel Veber

Hücumçular: Martin Harnik, Ervin Hoffer, Mark Yanko

Ehtiyat oyunçular: Hans-Peter Berger, Marko Arnautoviç, Andreas Hölzl, Roland Linz, Stefan Mayerhofer, Franz Şiemer

Qeyd edək ki, Avstriya almanların qonağı olacağı halda, türkləri evdə qəbul edəcək.