Sensasiyalarla bol tur - YENİLƏNİB
27.08.2011 - 20:51
Sensasiyalarla bol tur - YENİLƏNİB
Bu gün keçirilən 4 oyunla Premyer Liqanın IV turu start götürüb. Apasport.az saytının xəbərinə görə, baş tutan qarşılaşmalarda sensasion nəticələr qeydə alınıb.

Quzanlıda “Qarabağ”ın qonağı olan “Qəbələ” meydandan 3 xalla ayrılıb. Mendinin ilk yarının sonlarında vurduğu qol ingilis çalışdırıcı Toni Adamsın Ağdama ilk səfərindən qələbə ilə qayıtmasına kifayət edib.

Mərkəzi arenada keçirilən görüşdə isə əsl sensasiya qeydə alınıb. Artıq 4 turdur qol vura bilməyən “Bakı” öz meydanında “Kəpəz” tərəfindən darmadağın edilib. Bu azmış kimi, “zolaqlılar” son dəqiqələrdə 11 metrlik cərimə zərbəsindən yararlana bilməyiblər. Özü də bu, bakılıların cari mövsüm boşa verdiyi üçüncü penalti olub.

Son çempion “Neftçi” Böyükağa Hacıyevin rəhbərliyi altında ilk yenilgisini alıb. Şüvəlanda AZAL-ın ciddi müqaviməti ilə üzləşən “ağ-qaralar” meydandan 1:3 hesablı məğlubiyyətlə ayrılıb.

“Qarabağ”, “Bakı” və “Neftçi”dən fərqli, “Xəzər Lənkəran” 1 xalla kifayətlənib. Düzdür, bu qarşılaşmada da sensasiya qeydə alına bilərdi. Amma “ağ-yaşıllar” fasiləyə məğlub yollansalar da, ikinci yarıda tarazlığı bərpa ediblər.

Qeyd edək ki, futbolçuları milli komandanın heyətinə yollanan “Sumqayıt Şəhər”in “İnter”lə görüşü təxirə salınıb.

Turun digər bir görüşü isə sabah baş tutacaq. “Turan” doğma divarlar arasında “Simurq”la qarşılaşacaq.

27 avqust

“Rəvan” – “Xəzər Lənkəran” - 1:1
QOLLAR: Reis Klaudinei, 34 - Katalin Doman, 52
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Munis Abdullayev, Hacıəli Əliyev
Bakı. Mərdəkan qəsəbəsindəki “Dalğa Arena” stadionu

AZAL – “Neftçi” - 3:1
QOLLAR: Elşən Məmmədov, 42; 71; Ervin Bulku, 55 - Slavço Georgiyevski, 57
Hakimlər: Fariz Yusifov, Mehman Mahmudov, Rza Məmmədov, Əliyar Ağayev
Bakı. Şüvəlan qəsəbəsindəki AZAL stadionu

“Qarabağ” – “Qəbələ” - 0:1
QOL: Viktor Mendi, 37
Qırmızı vərəqə: Rəşad Sadiqov, 90+2
Hakimlər: Vüsal Əliyev, Vaqif Musayev, Elşən Acalov, Ceyhun Haşımov
Ağdam. Quzanlı Olimpiya İdman Kompleksinin stadionu

“Bakı” – “Kəpəz” - 0:3
QOLLAR: Sabir Allahquliyev, 23, Yuri Fomenko, 27, 40
Hakimlər: Elçin Məmmədov, Ramiz Əsədov, İsgəndər Əliyev, Rəhim Həsənov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

1 Xəzər Lənkəran 4 3 1 0 9-3 10
2 Qəbələ 4 2 2 0 4-2 8
3 AZAL 4 2 1 1 7-5 7
4 Neftçi 3 2 0 1 6-3 6
5 Qarabağ 3 2 0 1 3-2 6
6 Kəpəz 4 2 0 2 8-7 6
7 Bakı 4 1 2 1 3-3 5
8 Turan 3 1 0 2 4-5 3
9 İnter 3 1 0 2 1-4 3
10 Rəvan 4 0 2 2 4-6 2
11 Simurq 3 0 2 1 1-4 2
12 Sumqayıt Şəhər 3 0 0 3 2-8 0

Bombardirlər: Ceyhun Sultanov (“Kəpəz”), Emeka Opara (“Xəzər Lənkəran”), Bahodir Nasimov (“Neftçi”) – 3.