“Bakı”nı səfərdə udmaq bizim üçün şərəfdir”
27.08.2011 - 20:41
“Bundan öncəki 2 turda məğlub olmuşduq. Həmin oyunlarda bəxtimiz də gətirməmişdi”. Apasport.az saytının xəbərinə görə, bunu “Kəpəz” klubunun baş məşqçisi Mehman Allahverdiyev deyib.
Gəncə təmsilçisi Premyer Liqanın IV turunda səfərdə “Bakı”nı darmadağın etdi – 3:1. Qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında Allahverdiyev bildirib ki, əsas məqsədləri xal qazanmaq idi: “Bu gün maksimum üç xal, minimum bir xal hədəfləyirdik.
“Bakı” ilk on beş dəqiqədə yaxşı oynadı. Üstünlük onların tərəfində idi. Heyətimizdə itkilər çoxdur. Komandaya əks-hücumda oynamağı tapşırmışdım. “Bakı”nı səfərdə udmaq bizim üçün şərəfdir”.

0
0