Aleksandr Starkov izah tapa bilmədi
27.08.2011 - 20:44
“Bakı” klubunun baş məşqçisi Aleksandr Starkov Premyer Liqanın IV turu çərçivəsində “Kəpəz”lə oyundan (0:3) sonra fikirlərini bildirib. Apasport.az saytının xəbərinə görə, latviyalı çalışdırıcı komandasının bəxtinin gətirmədiyini söyləyib: “Bu cür oyunla ilk hissədə üç top buraxdıq. Futbolda belə şeylər olur. “Kəpəz” yaxşı komandadır. Əks-hücumlarda yaxşı oynayırlar. Lakin bu gün qollardan ikisini standart vəziyyətdən vurdular. Bəxtimiz heç gətirmədi, ikinci hissəyə də qol epizodu ilə başladıq. Lakin istifadə edə bilmədik. İkinci hissənin sonunda penaltidən yararlana bilmədik. Oyunun belə məcrada keçməsini izah edə bilmirəm”.
0
0