Böyükağa Hacıyevin bəhanəsi
27.08.2011 - 20:56
Böyükağa Hacıyevin bəhanəsi
“Rəqibimiz yaxşı oyun nümayiş etdirdi”. Apasport.az saytının xəbərinə görə, bunu “Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev deyib.
Son çempion olan “ağ-qaralar” Premyer Liqanın IV turunda AZAL-la səfər matçında 1:3 hesabı ilə məğlub oldu. Hacıyevin fikrincə, qol şanslarını dəyərləndirə bilsəydilər, hesab fərqli olardı: “AZAL açıq oyun oynadı və bizi də buna məcbur etdi. Biz əlimizə düşən şansları dəyərləndirə bilmədik. O şansların birində qol vura bilsəydik, hesab başqa cür də ola bilərdi”.