Şaxner: Azərbaycan yığması ilə oyuna getmək mənasızdır
15.09.2011 - 13:05
Avstriya futbolunun tanınmış simalarından olan Valter Şaxner yığmadakı baş məşqçi istefasına münasibət bildirib. Apasport.az saytının məlumatına görə, 18 il (1976-84) futbolçu kimi milli formanı geyinən, indi isə LASK klubunun baş məşqçisi olan mütəxəssis istefa qərarına haqq qazandırıb.
Şaxner postundan ayrılan Ditmar Konstantinini tənqid də etməyi lazım bilib: “Yığmamız bu qrupdan çıxmalı idi. Futbolçuların potensialı buna imkan verirdi. Lakin düzgün taktikanın olmamağı buna imkan vermədi. Baş məşqçinin son 2 oyunu ərəfəsində istefa verməsi də düzgün addımdır. Şəxsən mən də onun yerində olsaydım, Azərbaycan və Qazaxıstanla oyunlara qalmazdım. Bu, mənasızdır və heç nəyi dəyişmir”.
Qeyd edək ki, Avro-2012-nin seçmə mərhələsində keçiriləcək Azərbaycan – Avstriya görüşü oktyabrın 7-də baş tutacaq.

0
0