“Neftçi”dən rəsmi açıqlama
23.09.2011 - 23:03
“Neftçi”dən rəsmi açıqlama
"Neftçi" klubu "Bakı"nın futbolçusu Elvin Əliyevin döyülməsi ilə bağlı açıqlama yayıb. Komandanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu apasport.az saytına bildirib ki, futbolçunu döyən “Neftçi” mühafizəçiləri deyil.
Onun sözlərinə görə, hadisə zamanı orada "Neftçi"nin nə futbolçularından, nə də mühafizəçilərindən kimsə olub.
Əşrəfoğlu Elvinin döyülməsinin "Neftçi" klubuna heç bir aidiyyatı olmadığını vurğulayıb.