“Bakı”nın Ukraynadakı əksi
25.09.2011 - 18:40
Ukrayna çempionatının 11-ci turu maraqlı hadisə ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, “Zarya” klubunun qapıçısı İqor Şuxovtsev “Çernomorets”lə qarşılaşmanın qəhrəmanı olub. O, cari mövsüm dəf etdiyi 11 metrlik zərbələrin sayını 4-ə çatdırıb.
Bununla da Luqansk təmsilçisi Azərbaycan Premyer Liqasında çıxış edən “Bakı”nın əks variantına çevrilib. Məsələ ondadır ki, 4 penaltini dəf edən “Zarya”dan fərqli bakılılar eyni sayda zərbəni boşa verib.
Qeyd edək ki, Şuxovtsev karyerası ərzində 18 dəfə penalti dəf edib.

0
0