Vaqif Cavadov 25 dəqiqə oynadı
01.10.2011 - 20:20
Vaqif Cavadov 25 dəqiqə oynadı
Azərbaycan milli komandasının hücumçusu Vaqif Cavadovun da şərəfini qoruduğu Rusiyanın "Volqa" klubu bu gün Premyer Liqada növbəti görüşünə çıxıb. Apasport.az saytının məlumatına görə, Cavadovun komandası 26-cı turda doğma azarkeşləri önündə Permin "Amkar" klubunu qəbul edib.

Premyer Liqada qalmaq uğrunda mübarizə aparan Nijni Novqorod təmsilçisi hazırda 23 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. Eyni mövqedə qərarlaşan komandaları bu görüşdə ancaq qələbə qane edirdi. Lakin tərəflərin səylərinə baxmayaraq, oyunda hesab açılmayıb - 0:0.

Qeyd edək ki, oyunun start heyətində olmayan Vaqif yalnız matçın 65-ci dəqiqəsində meydana daxil olub.