“Barselona” “Qarabağ”a cavab verdi
01.10.2011 - 23:01
“Barselona” “Qarabağ”a cavab verdi
Məşhur “Barselona” klubu Azərbaycana məktub göndərib. Apasport.az saytının məlumatına görə, Kataloniya təmsilçisi “Qarabağ” komandasına cavab verib.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov dünya şöhrətli Xosep Qvardiolanın yanına təcrübə toplamağa getmək niyyətindədir. Bu məqsədlə İspaniyaya göndərilən məktuba müsbət cavab alınıb.

Belə ki, “Barselona” Qurbanovu qəbul edə biləcəyi vaxtları müəyyənləşdirərək, Ağdam təmsilçisinə cavab göndərib.

Qurbanov və Ağdam klubunun rəhbərliyi məktubda qeyd olunan vaxtlara nəzər salıb, səfərin vaxtını konkretləşdirəcəklər. İlkin ehtimal kimi, Qurbanovun bu ilin dekabr ayında səfərə yollanacağı gözlənilir.