Mirhüseyn Seyidov və Ansi Aqollinin bölə bilmədiyi nədir?
02.10.2011 - 10:14
Azərbaycan Premyer Liqasında 2011/12 mövsümünün yubiley qolu vurulub. Apasport.az saytının məlumatına görə, çempionatın sayca 100-cü qolu VIII tura təsadüf edib. Lakin bu qolun müəllifi müəyyənləşməyib. Belə ki, 2 futbolçu müxtəlif stadionda eyni vaxtda fərqlənib.
Saat 18:00-da başlayan “Qarabağ” – “Turan” qarşılaşmasının 54-cü dəqiqəsində Ansi Aqolli, 1 saat gec başlayan “Simurq” – “Neftçi” görüşünün 9-cu dəqiqəsində isə Mirhüseyn Seyidov qol vurub. Onlat yubiley qolunu öz aralarında bölə bilsəydi, topların biri 99, digəri 100-cü olardı.
Qeyd edək ki, mövsümün 46 oyununda 104 qol vurulub.

0
0