Vaqif Cavadova “5” verdilər
02.10.2011 - 13:23
Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovun Rusiya Premyer Liqasında keçirdiyi növbəti oyun qənaətbəxş hesab olunub. Apasport.az saytının məlumatına görə, “Amkar”la oyunun son 25 dəqiqəsində “Volqa”nın heyətində olan 22 yaşlı hücumçumuz Rusiya mətbuatı tərəfindən 5 qiymətinə layiq görülüb.
Qeyd edək ki, Cavadovun komandası 26-cı turda doğma azarkeşləri önündə keçirdiyi matçda 1 xalla kifayətlənib - 0:0.
Qeyd edək ki, Cavadovun komandası 26-cı turda doğma azarkeşləri önündə keçirdiyi matçda 1 xalla kifayətlənib - 0:0.
0
0