Milli komandamızdan 3 antirekord
02.10.2011 - 17:27
17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası bu gün keçirdiyi İspaniya ilə qarşılaşmada tarixinin 3 antirekordunu müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının seçmə mərhələsinin Bakıda keçirilən IX qrupunun II turunda İspaniyaya 0:7 hesabı ilə uduzan Sissi Raytın yetirmələri acınacaqlı göstəriciləri sıralayır.
I antirekord: Ən ağır məğlubiyyət
İspaniya ilə bugünkü qarşılaşmayadək yığmamız heç vaxt belə darmadağına üzülməmişdi. Komandamız ən pis halda 0:6 hesabı ilə uduzmuşdu. Bu da 2008-ci ildə Fransa ilə matçda yaşanmışdı.
II antirekord: 1 çempionatda 2 darmadağın
İlk oyunda Ukraynaya 0:3 hesabı ilə uduzan millimiz seçmə mərhələnin keçirdiyi hər 2 görüşündə böyük hesabla uduzub. İndiyə qədər 2 çempionatın seçmə mərhələsinə qatılan yığmamız hər dəfə 1 belə yenilgi almışdı. Bu dəfə isə artıq 2 dəfə acı məğlubiyyət alan yığmamız bu göstəricidə də antirekord müəyyənləşdirib.
III antirekord: 1 çempionatda 10 buraxılan qol
Raytın komandası artıq 10 qol buraxıb ki, bu da millimiz üçün antirekorddur. Millimiz 2007-ci ildə 3 oyuna 3, 1 il sonra isə 9 qol buraxmışdı. Hələ qarşıda 1 matçı olan futbolçularımız daha acınacaqlı göstərici ilə fərqlənib.

0
0