“Kəpəz” axtarışa çıxdı
02.10.2011 - 23:00
Premyer Liqada yaranmış fasilədən istifadə edən “Kəpəz” klubunun məşqçilər korpusu futbolçularını istirahətə buraxıb. Apasport.az saytının məlumatına görə, Mehman Allahverdiyevin çalışdırdığı komanda 4 gündən sonra bir araya gələcək.
Təcrübəli mütəxəssis 10 gün ərzində komandasını yoxlama görüşündə sınaqdan keçirmək istəyir. Rəqib çox güman ki, birinci divizionun lideri “Karvan” klubu olacaq. Amma hələ bu barədə konkret razılıq əldə olunmayıb. “Kəpəz” yoxlama oyunu keçirmək üçün Bakıya da gələ bilər.
Qeyd edək ki, 8 turdan sonra 11 xal toplayan Gəncə təmsilçisi turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

0
0