“Sumqayıt Şəhər”in də ilk “altılığ”a düşmək şansı var” - MÜSAHİBƏ
02.10.2011 - 23:03
AFFA məşqçilər üçün Pro kateqoriyalı kurs keçirir. “Park İNN” otelində təşkil olunan toplantıda yerli futbol mütəxəssisləri iştirak edirlər. Onların sırasında Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyev də var. Tədbirin gedişində təcrübəli mütəxəssislə söhbətləşib, ondan ölkə futbolu və gələcək planları barədə soruşduq...
- Pro məşqçilikdə ən yüksək kateqoriyadır. Bu kateqoriya ilə dünyanın hər yerində baş məşqçi işləyə bilərsən.
- Demək, gələcəklə bağlı hansısa planlarınız var...
- Nəinki gələcək, hər günün öz planı var. Sən qurursan, Allah da onun icrasında yardım edir. Yəni, onlar həyata keçdikdə nəsə danışmaq olar. Əvvəldən danışmaq isə piar kimi bir şey olur.
- Azərbaycan Premyer Liqasını izləyirsinizmi?
- Mütəmadi izləmədiyimə görə, ölkə çempionatı haqda məlumatım çox deyil. Prosesin tam içində olmadığım üçün yanlış danışmaq da istəməzdim.
- Hər halda, mətbuatdan xəbərləri izləməmiş olmazsınız. Yarış cədvəlindəki indiki vəziyyət sizə nə deyir?
- Çempionatda konkret lider yoxdur. Gərgin mübarizə gedir. İlk “altılığ”a hansı klubun düşəcəyi bilinmir. Hazırkı durumda orada heç kimi yeri sığortalanmış deyil. Medallar uğrunda da güzəştsiz rəqabət gedir. Məncə, ilk “altılığ”a bütün klublarımızın, hətta “Sumqayıt-Şəhər”in də düşmək şansı var. Nə olsun ki, hazırda autsayderdir. “Simurq”u, “Turan”ı və “Rəvan”ı da hesabdan silmək olmaz. Bir sözlə, komandaların gücü bərabərləşib. Tam güclü-zəif anlamı yoxdur və oyunların da nəticələri bunu deməyə əsas verir.
- Rusiyanın “Terek” klubundan ayrıldıqdan sonra sizə yeni təklif olunubmu?
- İndi bütün diqqətimi bu kursa yönəltmişəm. Pro çox vacib kateqoriyadır. Onu almaq çətin olsa da, buna çalışacağam. Yalnız bundan sonra nəsə etmək olar.
- Milli komandanın son çıxışı barədə nə deyə bilərsiniz?
- Futbolçularımız yaxşı oyun nümayiş etdirirlər. Qənaətbəxş nəticə var. Hər şeyin qaydasına düşdüyünə şadam.
Kamran HACI

0
0