Ağayev: Ardıcıl 4-cü qələbə
03.10.2011 - 08:40
Rusiya çempionatının II divizionunda növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının sabiq futbolçusu Emin Ağayevin baş məşqçisi olduğu Kaspiyskin “Daqdizel” klubu Cənub zonasının XXII turunda “Slavyansk”ı qəbul edib.
Bu oyunadək uğurlu seriyaya malik həmyerlimizin komandası ev qarşılaşmasından da qalib ayrılıb – 1:0. Ardıcıl 4-cü qələbəsini qazanan kaspiysklilər quru oyunlar seriyasını 7-yə, məğlubiyyətsizliyini isə 9-a çatdırıb.
Qeyd edək ki, 22 oyundan sonra hesabında 35 xal olan “Daqdizel” 18 komanda arasında 6-cı pillədə qərarlaşıb.

- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
0
0