“Qəbələ”nin futbolçusu üçqat dünya çempionları ilə görüşəsi olmadı
03.10.2011 - 09:02
“Qəbələ”nin futbolçusu üçqat dünya çempionları ilə görüşəsi olmadı
“Qəbələ”nin serbiyalı futbolçusu Veseliko Trivunoviç milli komandasından kənarda qalıb. Apasport.az saytının məlumatına görə, Serbiya yığmasının baş məşqçisi Vladimir Petroviç Avro-2012-in seçmə mərhələsində İtaliya və Sloveniya ilə oyunlara açıqladığı heyətdə yarımmüdafiəçiyə yer verməyib. Trivunoviç mütəmadi millisinə çağırılır və “Qəbələ”yə keçəndən sonra da dəvət almışdı. Ancaq Petroviç bu dəfə son, eyni zamanda qrupda 2-ci yeri tutmaqla, pley-off uğrunda həlledici matçlarda Veselikoya ehtiyac görməyib.

Qeyd edək ki, Serbiyanın yer aldığı C qrupunda üçqat dünya çempionu İtaliya artıq 1-ci yeri təmin edib. Petroviçin komandası 14 xalla 2-ci yerdə gedir.