Əmrə: Azərbaycana qarşı oynayacağıma ümid edirəm
03.10.2011 - 09:42
“Bəzən adam dediyi sözün arxasında dayanmaq istəyir. Mən də yığmadan ayrılmaq istədiyimi düşünmüşdüm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyə millisinin futbolçusu Əmrə Bəlözoğlu deyib.
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan “ay-ulduzlular”ın təcrübəli futbolçusu millidə karyerasını bitirməyə tələsmir. Hazırda zədəli olan Əmrə ötən il Bakıda yığmamıza uduzduqdan sonra millidən getmək haqda düşündüyünü dilə gətirsə də, artıq fikrindən daşınıb: “Lakin son 2-2,5 ay ərzində yaşananlardan sonra gedişimlə kimlərisə xoşbəxt etmək fikrim yoxdur. Yalnız özümü xoşbəxt etmək istəyirəm. Buna görə də oynaya bilsəm, lap 40 yaşına kimi millidə çıxış edəcəyəm. Elə Avro-2012-nin qarşıdakı 2 oyununda da Azərbaycan və Almaniyaya qarşı forma geyəcəyimə ümid edirəm”.
Qeyd edək ki, Türkiyə - Azərbaycan oyunu oktyabrın 11-də keçiriləcək.

0
0