“Azərbaycan və Almaniya ilə oyunlarda 4 xal qazanmalıyıq”
03.10.2011 - 09:46
“Azərbaycan və Almaniya ilə oyunlarda 4 xal qazanmalıyıq”
“Çox geniş bir heyətə malikik. Yığmamızda Almaniya və Azərbaycanla oyunlara təkcə fiziki deyil, hər mənada hazır olan futbolçularımız var”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyə milli komandasının koordinatoru Okan Buruk deyib.

Bu gün İstanbulun “Swissotel”ində bir araya gəlib, Avro-2012-nin seçmə mərhələsinin Almaniya və Azərbaycanla keçiriləcək son 2 oyununa hazırlaşan “ay-ulduzlular”ın rəsmisi bu matçlarda iddialı olacaqlarını bildirib: “Bu 2 matçda 4 xal qazanmalıyıq. Bunu bacaracağımız halda, qrupda 2-ci yeri təmin edəcəyik”.

Qeyd edək ki, Türkiyə yığması oktyabrın 7-də Almaniya, 4 gün sonra Azərbaycan yığması ilə görüşəcək.