“Artıq azərbaycanlı futbolçuların adlarını səhv salmıram”
03.10.2011 - 10:24
Azərbaycanın 19 yaşlılardan ibarət yığmasının futbolçusu Şamil Qurbanovun çıxış etdiyi “Volqa” klubunun rəsmi saytına müsahibə verib. Apasport.az-ın xəbərinə görə, müdafiəçi millimizin hücumçusu Vaqif Cavadovla Rusiyada eyni klubun şərəfini qorusa da, Nijni-Nivqorod təmsilçisinin əvəzedici heyətinin üzvüdür. Yığmamızın heyətində Avropa çempionatının seçmə mərhələsinə hazırlıq məqsədilə Latviyada təlim-məşq toplanışında iştirak edən Şamil bu ölkənin yüksək liqa təmsilçisi “Yelqava”ya qalib gəldikləri yoxlama oyununda (2:1) məhsuldar ötürmə edib. Qurbanov öncə hazırlıqla bağlı sualı cavablandırıb.
- Biz gündə 2 dəfə məşq rejimində işləyirik. İlk 2 gündə tullanmaq və qaçış hərəkətlərinə üstünlük verilmişdi. Məşqçilər komandanın fiziki vəziyyətini dəyərləndirirdilər. Ardından yükləmələr biz az aşağı düşdü, indi məşqlər oyun hərəkətlərinə konsentrasiya olunub. Taktiki hərəkətlər üzərində işə daha çox diqqət yetiririk.
- Yoldaşlıq görüşü keçirilən hazırlığa nə qiymət verdi?
- Oyun gərgin, belə demək olar ki, sərt alındı. Heç kim uduzmaq istəmirdi. Prinsipcə, rəqib sanballı idi. Ancaq Rusiyanın gənclər komandaları ilə müqayisə etsək, Latviya çempionatının səviyyəsinin bizdən aşağı olduğunu hesab edirəm. Azərbaycan yığmasının oyununa gəlincə, hələ bir-birimizi sona kimi başa düşmürük. Ancaq fikrimcə, oyun anlaşması gələcək. Komandamızda birmənalı olaraq potensial var.
- İndi hansı mövqedə oynayırsınız?
- Məşqçi məni sol cinah yarımmüdafiəçisi mövqeyində oynatmaq istədi. Biz matça 2 heyətlə çıxdıq. Mən ilk hissədə oynadım. Bacardığım qədər çalışdım. Hesabıma məhsuldar ötürmə yaza bildim. Fikrimcə, çalışdırıcı məndən razı qaldı. Qarşıdakı oyunlarda hansı mövqedə çıxacağımı hələ dəqiq deyə bilmərəm. Ola bilsin ki, yenidən yarımmüdafiənin sol cinahında oynadım.
- Yığmada ilk yay təəssüratları ilə müqayisədə özünüzə münasibətdə hansısa dəyişiklik hiss etdinizmi?
- Yəqin ki, hə. Burada zəif futbolçuya yer yoxdur. Nəyi bacardığını göstərmək lazımdır. Bir də ki, yığmada təkcə özümü yox, məni bura düşməyə hazırlayanları təmsil edirəm. O cümlədən məşqçimiz Maqomed Adiyevə görə oynayıram. Mən onun sayəsində ilk dövrə ilə müqayisədə meydanda daha yaxşı görünürəm. Necə oynamağımdan asılı olaraq, “Volqa”, bizim çempionat haqda təsəvvür yaranacaq. Mən heç kimi pis vəziyyətdə qoymayıb, yaxşı futbol göstərməyə çalışacağam. Dəyişiklər haqda bir də onu deyə bilərəm ki, Azərbaycan komandasından futbolçuları daha yaxşı tanıdım, artıq onların adlarını demək olar səhv salmıram.
- Təlim-məşq toplanışında vəziyyət necədir?
- Riqada yaşayırıq. Boş vaxtlarımızda hərdən şəhəri gəzməyə çıxırıq. Şərait çox yaxşıdır. Açığı, çoxdandır belə keyfiyyətli meydançalar görməmişdim. İndi özümü yaxşı hiss edirəm, komandamız əladır. Yığma tam heyətlə qarşıdakı oyunlara ciddi hazırlaşır. Avropa çempionatının seçmə mərhələsinin startını səbirsizliklə gözləyirik.
- “Volqa”nın gənclər komandasının çıxışını izləyirsiniz?
- Əlbəttə. Mən onlara görə çox həyəcan keçirirəm. “Amkar” üzərində qazandığımız qələbəyə görə çox şad oldum. Həm futbolçuları, həm də baş məşqçimi təbrik etdim. Biz onlarla tez-tez yazışırıq. Açığı, komanda üçün çox darıxmışam.
- Yığmada qarşıdakı planınız necədir?
- İndi isveçlilərin oyununu təhlil edəcəyik. Bu, seçmə mərhələdə ilk rəqibimizdir və bu oyuna hazırlaşacağıq. Oktyabrın 5-də Stokholma yollanırıq, ertəsi meydan sahibləri ilə oyunumuz var. Seçmə mərhələdə digər rəqiblərimiz İtaliya və Rumıniya yığmalarıdır. Fikrimcə, Avropa çempionatının növbəti seçmə mərhələsinə çıxmaq uğrunda mübarizə apara bilərik.

0
0