Həmyerlimiz Avropada rekord vurur
03.10.2011 - 11:32
17 yaşadək qızlardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin baş tutan oyunlarından sonra UEFA müxtəlif göstəricilərdə fərqlənənlərin siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının futbolçusu Jalə Məhsimova da UEFA-nın siyahılarından birinin lideri olub.
Lakin gənc futbolçu mənfi mənada fərqlənib. Jalə seçmə mərhələdə ən çox qayda pozan oyunçudur. Məhsimova Ukrayna (0:3) və İspaniya (0:7) ilə qarşılaşmalarda ümumilikdə 8 fola yol verib. Bu isə qitə çempionatının arxada qalan hissəsində mütləq rekorddur.

0
0