“Çikarito”, Falkao və Rauf Əliyev
03.10.2011 - 11:45
“Çikarito”, Falkao və Rauf Əliyev
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) cari ildə ən məhsuldar oyunçuların siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, meksikalı Xavyer Ernandeslə (“Mançester Yunayted”) kolumbiyalı Radomir Falkaonun (“Atletiko”) şərikli liderliyi davam edir.

Hər 2 hücumçunun hesabında 14 qol var. Ancaq qurum klubla müqayisədə yığmada vurulan qollara üstünlük verdiyindən, “Çikarito” ləqəbli Xavyer 1-ci yerdə gedir. O, millisinin heyətində 11, klubda avrokubokda 3 qol vurub.

Falkaoda isə bu say əksinədir. Yəni, ötən mövsüm “Porto” ilə Avroliqanın qalibi, turnirin bombardiri olan Falkao klubda 11, yığmada 3 qola imza atıb.

Bu il beynəlxalq miqyasda bombardirimiz Rauf Əliyevdir – 4 qol. 24 yaşlı hücumçu həm “Qarabağ”, həm də milli komandamızın heyətində 2 dəfə fərqlənib. Ancaq İFFHS tərtib etdiyi siyahısına ən azı 6 qol vuran futbolçuların adlarını daxil etdiyindən, Rauf açıqlanan “68-liy”ə düşməyib.