Acı reallıq: 0:25
03.10.2011 - 11:51
Acı reallıq: 0:25
17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası daha bir uğursuzluğa düçar olub. Apasport.az saytının məlumatına görə, yığmamız Avro-2012-nin seçmə mərhələsinin Bakıda keçirilən turnirinin İspaniya ilə qarşılaşmasında qapı istiqamətində 1 dəfə də olsun zərbə endirməyib.

“Dalğa Arena” stadionundakı ilk oyununda Ukraynanın qapısı tərəfə 4 zərbə endirib çərçivəyə düşməyən Sissi Raytın yetirmələri bu dəfə heç qeyri-dəqiq zərbə də vurmayıb. İspanlar isə 7:0 hesabı ilə qalib gəldiyi görüşdə 25 zərbədən 14-də qapıya “düşüb”.

İspaniya Azərbaycan
7Qollar 0
14Çərçivəyə zərbələr 0
11Qeyri-dəqiq zərbələr 0
5Künc zərbələri 0
11Qayda pozuntuları 12
1Sarı vərəqələr 1
0Qırmızı vərəqələr 0