“Trabzonspor”un kapitanı millimizlə oyunu buraxacaq
03.10.2011 - 12:11
Türkiyə millisinin Avro-2012-in seçmə mərhələsində Almaniya və Azərbaycan yığmaları ilə rəsmi oyunlara açıqlanan heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, “Trabzonspor”un qapıçısı Tolqa Zənginin adı 28 nəfərlik siyahıdan çıxarılıb. Buna səbəb Tolqanın Superliqanın son turunda “Əskiçəhərspor”la səfər oyununda zədələnməsidir.
“Trabzonspor”la millinin tibbi heyətlərinin görüşməsindən sonra qapıçının sol dizindəki zədənin hazırlığa qatılmasına imkan verməyəcəyi məlum olub. Bundan sonra Türkiyə yığmasının məşqçilər heyəti “Trabzonspor”un kapitanının ilkin heyətdən çıxarılmağına qərar verib. Zənginin durumu Trabzonda ediləcək müayinədən sonra dəqiqləşəcək. Tolqanın yerinə isə yığmaya “Mersin İdman Yurdu”nun qapıçısı Hakan Arıkan çağırılıb.

- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
0
0