Elxan Abdullayev: Mən klubun nə prezidenti, nə də sponsoruyam
03.10.2011 - 13:04
“Cəzalandırmaq deyəndə, onları əvəzedici komandaya göndərmişik ki, oyun təcrübəsi toplasınlar. Həmin futbolçuları həbs etməmişik ki...”. Bu sözləri apasport.az saytına açıqlamasında AZAL klubunun baş məşqçisi Elxan Abdullayev deyib.
Bir müddət əvvəl zəif təsir bağışladıqları üçün Robert Petrovla Bronislav Arsenijeviç əvəzedici komandaya göndərən baş məşqçi hələlik onları geri qaytarmaq niyyətində deyil. Çünki futbolçuların hazırkı durumu Abdullayevi qane etmir. Digər yandan çalışdırıcı hansısa futbolçunun əvəzediciyə göndərilməsini cəza kimi dəyərləndirməyi düzgün hesab etmir: “Nə vaxt formaya düşsələr, yenidən əsas komandaya dəvət ediləcəklər”.
Həmin futbolçuların qışda göndərilməsi məsələsinə gəlincə, Abdullayev bildirib ki, bu məsələ klub prezidentinin səlahiyyətindədir: “Mən heç kimə deməmişəm ki, qışda filan futbolçunu komandadan göndərəcəyik. Hər iki futbolçunun klubla müqaviləsi var. Müqaviləsi olan futbolçunu klubdan göndərmək isə prezidentin işidir. Çünki müqaviləni birtərəfli pozduqda, gərək ona kompensasiya ödəyəsən. Mən klubun nə prezidenti, nə də sponsoruyam. Ola bilsin, onlar qarşıdakı oyunlarda özlərini yaxşı tərəfdən göstərsinlər, biz də hər ikisini əsas heyətə cəlb edək”.
Müdafiəçi axtarışlarına gəldikdə, Elxan Abdullayev son oyundakı durumdan narazı qalmadığını bildirib: “Sonuncu oyun göstərdi ki, müdafiə xətti pis təsir bağışlamır. Son oyunda Hüseyn Axundova şans verdim. Gənc futbolçu pis oynamadı. Aqil Nəbiyevlə Bulkıda sıraya döndükdən sonra problemin aradan qalxacağını düşünürəm”.
Qeyd edək ki, AZAL yığmanın oyunları ilə əlaqədar Premyer Liqada yaranan fasiləni paytaxtda keçirəcək.

0
0