Andrey Şevçenko Rəşad Sadıqov ola bilmədi
03.10.2011 - 13:37
Andrey Şevçenko Rəşad Sadıqov ola bilmədi
Ukrayna milli komandasının məşhur futbolçusu Andrey Şevçenko qeyri-adi mənada fərqlənib. Apasport.az saytının məlumatına görə, çıxış etdiyi Kiyev “Dinamo”su ilə Ukrayna, “Milan”la İtaliyada dəfələrlə ölkə çempionu olan 35 yaşlı hücumçu növbəti titul həvəsinə düşüb.

Andrey son 2 gününü qolf üzrə Ukrayna çempionatına sərf edərək, vitse-çempion adını qazanıb. Dəfələrlə bu idman növündə Olimpiada-2016-da çıxış etmək arzusunu dilə gətirən Şevçenko məqsədinə doğru irəliləyir. Onun bu idman növündə də mükafat qazanması da bunu göstərir.

Qeyd edək ki, Azərbaycanda da 2 müxtəlif idman növündə çıxış edən futbolçu olub. Bu, milli komandamızın kapitanı Rəşad Sadıqovdur. O, 2006/07 mövsümündə basketbol üzrə Azərbaycan çempionu olan “Qala”nın şərəfini qoruyub.