Gökhan: Almaniyadan 1, Azərbaycandan 3 xal almalıyıq
03.10.2011 - 14:21
Türkiyə yığmasının futbolçusu Gökhan Könül Avro-2012-in seçmə mərhələsində keçirəcəkləri ev oyunlarında məqsədlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, “Fənərbaxça”nın müdafiəçi bildirib ki, İstanbulda Almaniya və Azərbaycanla görüşlərdə hədəfləri 4 xal qazanmaqdır.
O, qrup lideri, hələlik 100 faizli nəticə göstərən Bundestimlə görüşdən 1, millimizlə oyundan 3 xal alacaqlarını düşünür: “Qrup ikincisi üçün mübarizə apardığımız Belçikanın hər oyunu da qazanmaq məcburiyyətində olduğunu bilirik. Onu da dərk edirik ki, bizim 2 oyunda ən azı 4 xal almalıyıq. Almaniyanın gücü hamıya məlumdur. Son 2 oyuna qədər məğlub olmadan gəldilər. Türkiyə - Almaniya matçlarının nə qədər nüfuzlu keçdiyini bilirik. Qalib gəlməyin çətin olduğunu başa düşürük, amma bu, mümkünsüz deyil”.
Xatırladaq ki, Türkiyə yığması oktyabrın 7-də Almaniyanı, 11-də isə millimizi qəbul edəcək.

0
0