3-cü oyun, 2-ci dəfə canlı
03.10.2011 - 14:25
17 yaşadək qızlardan ibarət Azərbaycan millisinin oyunu canlı yayımlanacaq. Apasport.az saytının məlumatına görə, komandamızın Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 5-də Bosniya və Herseqovina ilə qarşılaşması “İdman Azərbaycan” kanalında azarkeşlərə nümayiş olunacaq. Bu matç saat 16:00-da başlayacaq.
Qeyd edək ki, yığmamızın Ukrayna ilə oyunu (0:3) canlı yayımlansa da İspaniya ilə görüş (0:7) telekanalların diqqətindən kənar qalmışdı.
Qeyd edək ki, yığmamızın Ukrayna ilə oyunu (0:3) canlı yayımlansa da İspaniya ilə görüş (0:7) telekanalların diqqətindən kənar qalmışdı.
0
0